Səfir Kamal Abdullanı Hindistana dəvət etdi
Tarix: 18.09.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Sentyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələrinə mühazirə dediyinə görə səfirə öz təşəkkürünü bildirib. Rektor səfiri yeni tədris ilində də ADU tələbələrinə mühazirə deməyə dəvət edib. Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edən Sanjay Rana bildirib ki, Azərbaycan Dillər Universiteti səfirliyin işinə hər zaman dəstək olur. Görüşdə Sanjay Rana Kamal Abdullanı Hindistana səfərə dəvət edib. Mahatma Qandinin 150 illiyi ilə bağlı silsilə mədəni tədbirlərin keçiriləcəyini bildirən diplomat ADU tələbələrinin bu tədbirlərdə fəal iştirakına ümid etdiyini söyləyib. Hindistanın ölkəmizdəki səfiri əlavə edib ki, ADU-da hind dilini öyrənən tələbələrin sayının çox olmasını arzulayır.
Səfir böyük hind yazıçısı Rabindranat Taqorun Azərbaycan dilində yeni kitabının işıq üzü görəcəyini diqqətə çatdırıb və nəşrə Kamal Abdullanın ön söz yazmasını təklif edib.
Rektor Kamal Abdulla səfirin təkliflərini müsbət qarşılayaraq, ona öz təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Bakı Ali Neft Məktəbi SOCAR - Foster Wheeler ilə əməkdaşlığı genişləndirir
18.12.2018
İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib
17.12.2018
Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018
Türkiyənin Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
17.12.2018
BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info