Sərdar Cəlaloğlu: “Hər verilən bəyanat “milli şura”da yeni dava açır”
Tarix: 01.07.2013 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“Milli şura”nın “fəaliyyəti” bir-birini təkzib edən bəyanatlardan ibarətdir

Açıq Cəmiyyət Partiyasının mühacirətdə olan lideri, hazırda “milli şura”da təmsil olunan Rəsul Quliyev deyib ki, “milli şura”da nizam-intizam yoxdur, kim istəyir, öz-özünə “milli şura” adından bəyanat verir.
Əvvəlcədən də xəbər vermişdik ki, bu qədər müxtəlif istiqamətli insanların toplaşdığı qurumda problemlər və dava-şava yaşanacaq. Çünki “milli şura”da fərqli maraqların, ziddiyyətli tərəflərin təmsilçiləri yer alır. Ona görə də burada “mili şura”nın bir qurum kimi mövqeyindən söhbət gedə bilməz. Bu qurumda bir-birinin ardınca olan açıqlamalar, verilən bəyanatlar ardıcıl olaraq tam bir-birini təkzib edir və bir-birinin paxırlarını açmış olur. Tutalım, kimsə bir bəyanat verdi və hər hansı bir məsələ ilə bağlı fikir bildirdi, bu, dərhal digərlərinin qısqanc yanaşmasına və təkzibinə səbəb olur. Çünki verilən bəyanat eyni zamanda da qurumda təmsil olunan digər tərəflərin maraqları ilə toqquşmuş olur, buna görə də digərləri tərəfindən rədd edilir. Ona görə də indiyə qədər “milli şura” adlı qurama təşkilatda bu cür nizamsızlıq və anarxiyanın qarşısını almaq mümkün deyil. Əksinə, seçki yaxınlaşdıqca oradakı bir-birinə zidd qruplar, şəxslər və tərəflər arasında ədavət və qarşılıqlı suçlamalar da qızışır.
Qeyd etmək lazımdır ki, əslində “milli şura”nın bu günə düşməsi təəccüblü deyil. Belə ki, orada təmsil olunanlara nəzər saldıqda, bu hərc-mərcliyin və nizamsızlığın səbəbini ayırd etmək çətin olmazdı. Belə ki, “milli şura”da təmsil olunanların əsas “qaymaq”larını keçmiş cəbhə hakimiyyətinin təmsilçiləri təşkil edirlər. Hərənin ağzından bir avazın gəlməsi isə cəbhə hakimiyyətinin əsas xüsusiyyətidir. Rəsul Quliyev elə 90-cı illərdə də cəbhə hakimiyyəti ilə bağlı demişdi ki, nazirlər bir-birini vecinə almır, hökuməti eşitmir, prezidenti, Ali Sovetin sədrini saya almırlar. Beləliklə, həmin cəbhə hakimiyyətindən gələn bu “ənənə” indi də “milli şura”da davam etdirilir. Bu fakt isə “yeni” adı ilə ictimaiyyətə sırınmasına çalışılan “milli şura”nın əslində həmin köhnə anarxistlərin, hərc-mərclik “aşiq”lərinin yığnağından ibarət olduğunu açıq şəkildə büruzə verir...
“Palitra”ya bu barədə fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, “milli şura”nın bu cür hərc-mərcliyi ilə bağlı narahatlığını ifadə edən təkcə Rəsul Quliyev deyil: “Bundan başqa, məsələn, Müsavat başqanı İsa Qəmbər də bu məsələ ilə bağlı öz açıq narazılığını ifadə etmişdi. “Milli şura”da demokratik şərait yoxdur, onun üçün də bu cür bir-birini təkzib edən açıqlamaların olması təbiidir. “Mili şura” qərarlarını demokratik qaydada vermir, daxili məsələlərini demokratik şəkildə həll etmir. Ona görə də düşünürəm ki, oradakı hərc-mərclik də bununla bağlıdır. “Milli şura”da aşkarlıq və şəffaflıq yoxdur. “Milli şura”da təmsil olunan tərəflərdən biri gizlin şəkildə gedib xarici ölkədəki dairələrlə əlaqə qurmağa çalışır, sonra gəlib “milli şura”da həmin dairənin xoşuna gəlmək üçün bir bəyanat verir, ardınca da bundan xəbərsiz digər tərəf hiddətlənir və həmin bəyanata zidd, onu rədd edən başqa bir bəyanat verir. Halbuki təşkilatın qərarı ortaq razılaşdırılmış şəkildə sədr tərəfindən verilməlidir. Bu cür qərarları hərə bir tərəfdən verməməlidir. Üstəlik də hər verilən bəyanat “milli şura”da yeni dava açır”.
ADP sədri dedi ki, seçki yaxınlaşdıqca “milli şura” daxilində bir-birini təkziblər və ədavət daha da güclənəcək.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info