Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
Tarix: 18.09.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib vilayətində türk hərbi kontingentinin sayının artırılacağını deyib. Anadolu Agentliyi xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, Soçidə əldə olunan sazişə əsasən İdlibdə yaradılan təhlükəsizlik zonasının sərhədləri dəyişməz qalacaq. “İdlibin 15-20 kilometr dərinliyinə qədər silahlardan təmizlənmiş zona təşkil olunacaq. Dinc sakinlər regionda qalacaq və terrorçu qruplar bu zonadan çıxarılacaq. Həmçinin oktyabrın 15-dək bütün ağır texnika geri çəkiləcək”, - deyə Türkiyə XİN-in rəhbəri bildirib. Xatırladaq ki, sentyabrın 17-də Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar olub. Danışıqların nəticəsinə əsasən demilitarizasiya zonasına Türkiyənin mobil patrul qruplarının və Rusiya hərbi polisinin nəzarət edəcəyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Gürcüstan müxalifəti yeni aksiyalara başlayır
17.12.2018
«Qraparak»:”Ermənistanın Rusiya ilə münasibətləri gündən-günə kəskinləşir”
17.12.2018
Paşinyan Putini tənqid etməkdən qorxub
17.12.2018
Qraç Berberyan: “Vəziyyət son dərəcə ağırdır!”
17.12.2018
Azərbaycanla Pakistan arasında birbaşa hava əlaqəsinin qurulması ilə bağlı işlər gedir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info