Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
Tarix: 18.09.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. Bu məqsədlə Çinin Quançjou şəhərindən "Abraham Technology Limited" Korporasiyasının direktoru Stanislav Koçkin və "Ehang Intelligent Equipment" şirkətinin vitse-prezidenti Kora Tanqın rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti "Azərbaycan Hava Yolları" aviaşirkətinin, "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və "Silk Way" şirkətlər qrupunun nümayəndələri ilə görüşüb. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda "Skytrax" auditor şirkəti tərəfindən maksimum "5 Ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olub. AZAL-ın prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunub. Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş edib. Görüşdə bildirilib ki, Azərbaycan böyük turizm potensialına malikdir. "Azərbaycan Hava Yolları" tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edilib. Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcək. Tərəflər, həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildiriblər. Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunub. Səfərin yekunları üzrə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi ilə "Abraham Technology Limited" və "Ehang Intelligent Equipment" şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb. Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmayə yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan "Abraham Technology Limited" Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və "intelektual aeronaviqasiya" sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq. İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir. Tərəflər bu layihənin həyata keçirilməsi məqsədilə birgə planının hazırlanması və informasiya mübadiləsi üçün birgə işçi qrupu yaradacaq. Qeyd edək ki, 14 milyon nəfərdən çox əhali və 341 milyard dollar həcmində ÜDM-ə malik Quançjou Çinin böyüklüyünə görə Şanxay və Pekindən sonra üçüncü şəhəridir. Şəhər Çinin ən iri turizm, sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quançjouda iki Azad İqtisadi Zona fəaliyyət göstərir, yüzə yaxın müxtəlif növ malların topdansatış bazarları və yüz minlərlə sənaye müəssisələri, fabrik və zavodlar (gəmiqayırma, maşınqayırma, tekstil və yeyinti sənayesi üçün avadanlıqlar, kiçik məişət texnikası istehsalı üzrə) yerləşir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur”
18.10.2018
Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş
18.10.2018
Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir
18.10.2018
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
18.10.2018
Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info