Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Tarix: 18.09.2018 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 9,4 faizi yanvar, 8,4 faizi fevral, 14 faizi mart, 11 faizi aprel, 10,5 faizi may, 13,6 faizi iyun, 16,7 faizi iyul, 16,4 faizi isə avqust ayında ölkəyə gəlib.
Cari ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19,0 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 0,5 faiz artaraq 433,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub. Yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8 faiz artaraq 77 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 734 min nəfər olub. Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib. Səkkiz ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3 milyon 89,8 min nəfər olub Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3 milyon 89,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,9 faiz azalıb. Yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,1 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Şəhidlik mənəvi dəyər kimi”
18.10.2018
Azərbaycanda turistlər üçün “Qaynar xətt“ açılacaq
18.10.2018
Bakıda ilk Milli Turizm Sammiti keçirilir
18.10.2018
“Dünya Bankı ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb”
18.10.2018
102 İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər isə minik avtomobili ilə təmin edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info