Misiri kütləvi aksiyalar bürüyüb
Tarix: 01.07.2013 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


İyunun 30-da Misirdə prezidentin əleyhinə və ona dəstək xarakterli aksiyalara 17 milyona qədər insan qatılıb. Etiraz xarakterli aksiyalarda polislə toqquşmalar nəticəsində 7 nəfər həyatını itirib, 43 nəfəri güllə yarası almaqla, 615 nəfər xəsarət alıb. Aksiyalar bu gün də davam edir. Təkcə Qahirədə Prezident Sarayı qarşısında və Təhrir meydanında keçirilən aksiyalarda 100 min nəfər iştirak edir. Aksiyaçılar Məhəmməd Mursi istefa verənə qədər aksiyanı davam etdirəcəklərini bəyan edirlər. Misir müxalifətinin nüfuzlu qurumlarından olan Milli Azadlıq Cəbhəsi vətəndaşları dinc aksiya keçirməyə, polislə toqquşmalardan yayınmağa çağırıb.
Artıq Qahirədə aksiyaçılar prezidenti dəstəkləyən Müsəlman Qardaşları Hərəkatının ofislərindən birinə hücum edib. 30 iyun aksiyasını təşkil edən hərəkatlardan biri olan Temerrüd (“Üsyan”) Hərəkatı Məhəmməd Mursiyə istefa verməsi üçün sabah saat 17:00-a qədər vaxt verib, əks halda ölkədə mülki itaətsizlik aksiyalarına start veriləcəyini bəyan edib. Müxaliflər Məhəmməd Mursinin istefası ilə bağlı 22 milyon imza yığdıqlarını və artıq onu qanuni prezident saymadıqlarını bildirirlər. Mursini dəstəkləyənlər də küçəyə çıxıb. Müsəlman Qardaşları Hərəkatını təmsil edən Azadlıq və Hürriyət Partiyası Qahirənin Nasır City bölgəsində keçirilən aksiyaya 4 milyon insan qatıldığını bəyan edib. Bu arada Məhəmməd Mursi də danışıb. O, müxalifəti dialoqa çağırıb. Prezidentin sözçüsü Ömer Amir deyib ki, dövlət başçısı aksiyaları kiçikmiqyaslı saymır və irəli sürülən qanuni tələblərə hörmətlə yanaşır. Onun sözlərinə görə, Məhəmməd Mursi cəmiyyətin bütün təbəqələrini qane edən qərarların qəbulu üçün milli dialoq tərəfdarıdır: “Prezidentin qarşısında bir sıra şərtlər irəli sürülərək, onun geri çəkilməsi gözlənilir. Məhəmməd Mursinin dialoq çağırışı şərtlə qəbul edilə bilər. Prezident Misirdə küçələrə çıxan gənclərin haqlarının tam təmin olunmaması ilə bağlı bir neçə dəfə üzr istəyib. Prezident Sarayı tək siyasilərə deyil, dialoqla bağlı hər kəs üçün açıqdır”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info