Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
Tarix: 18.09.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Çin sentyabrın 24-dən etibarən Amerikadan idxal olunan 60 milyard dollar həcmində məhsulun rüsumunu artıracaq. AZƏRTAC xarici KIV-lərə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Maliyyə Nazirliyinin məlumatında deyilir.
Yeni rüsumlar ABŞ-ın 5200-dən çox adda məhsuluna şamil ediləcək. Bu addım Çindən gətirilən məhsullara ABŞ-ın ticarət rüsumları tətbiq etməsinə cavab olaraq atılıb.
Bir qədər əvvəl Pekin Ümumdünya Ticarət Təşkilatından Vaşinqtonun bu qərarına münasibət bildirməsini istəyib. Xatırladaq ki, sentyabrın 17-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faiz rüsumlar tətbiq olunacağını elan edib. Qərar sentyabrın 24-də qüvvəyə minəcək, yanvarın 1-dən isə tariflər 25 faizədək artırılacaq. ABŞ lideri, eyni zamanda, Çinin cavab tədbirlərini davam etdirəcəyi təqdirdə 267 milyardlıq mallara rüsumların üçüncü mərhələsinin tətbiq olunacağını istisna etməyib. Çinin Kommersiya Nazirliyi bundan dərin təəssüf hissi keçirdiyini bildirərək bəyan edib ki, Pekin Vaşinqtona cavab verməyə məcbur olacaq.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info