UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
Tarix: 18.09.2018 | Saat: 23:04:00 | E-mail | Çapa göndər



Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyunu B qrupunda oynanılıb. İtaliyada "San-Siro" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "İnter" İngiltərənin "Tottenhem" klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Qonaqlar matçın 53-cü dəqiqəsində hesabı açıb. Kristian Eriksen adını tabloya yazdırıb. Qoldan sonra hücuma keçən meydan sahibləri matçın 86-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Kvadro Asamoanın ötürməsini Mauro İkardi dəyərləndirib. Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Messina “İnter”ə qələbə qazandırıb - 2:1.
B qrupunun digər oyunu "Nou Kamp"da baş tutub. Hollandiyanın PSV klubu İspaniyanın "Barselona" komandasının qonağı olub. İlk hissədə aşkar üstünlüyə sahib olan kataloniyalılar rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunda hesab 32-ci dəqiqədə açılıb. Lionel Messi hakimin təyin etdiyi cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu, Messinin karyerasında UEFA Çempionlar Liqasında vurduğu 101-ci qol olub. "Barselona" klubu fasiləyə 1:0 hesabı ilə üstünlüklə yollanıb.
Fasilədən sonra yenidən oyuna nəzarət edən Ernesto Valverdenin yetirmələri 75-ci dəqiqədə hesabı artırıb. Osman Dembele uzaq məsafədən vurduğu zərbə ilə baxımlı qola imza atıb. Qoldan iki dəqiqə sonra "Barselona" klubu hesab arasındaki fərqi üç topa çatdırıb. Komandanın kapitanı Lionel Messi dublunu rəsmiləşdirib. Matçın 79-cu dəqiqəsində Kataloniya təmsilçinin müdafiəçisi Samuel Umtiti qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Daha sonra Lionel Messi qapıçı ilə təkbətək qalaraq komandasının dördüncü, özünün isə üçüncü qolunu vurub. Görüş 4:0 hesabı ilə "Barselona"nın qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
18.10.2018
Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu
18.10.2018
Nurlan Səfərov bürünc medal qazanıb
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info