Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
Tarix: 19.09.2018 | Saat: 11:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (www.cabmin.gov.az) yeni tərtibatda fəaliyyətə başlayıb. AZƏRTAC xəbər verir ki, saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizayn hazırlanıb. Saytın baş səhifəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun fəaliyyəti ilə bağlı ən son xəbərlər və yeniliklər yerləşdirilib. Bununla yanaşı, baş səhifədəki axtarış xidməti vasitəsilə müvafiq xəbərləri və imzalanmış sənədləri əldə etmək olar. Baş səhifədə edilmiş yenilik, həmçinin Baş nazirin fəaliyyəti və imzalanmış sənədlər barədə Twitter sosial internet şəbəkəsindən operativ məlumat əldə etməyə imkan verir. Saytda “Azərbaycan”, “Xəbərlər”, “Sənədlər”, “Rəhbərlik”, “Nazirlər Kabineti”, “Nazirlər Kabinetinin Aparatı”, “Müraciətlər”, “Əlaqə” bölmələri yenilənmiş formatda fəaliyyət göstərir. “Azərbaycan” bölməsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, ərazisi, Konstitusiyası ilə tanış olmaq mümkündür. Bu bölmədə, habelə milli bayramlar, tariximizin qanlı səhifələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar və iqtisadi mövzuda materiallar yerləşdirilib. “Xəbərlər” bölməsində Baş nazirin görüşləri və səfərləri, iştirak etdiyi tədbirlər haqqında xəbərlər, eləcə də Nazirlər Kabineti mətbuat xidmətinin məlumatları, “Sənədlər” bölməsində isə Nazirlər Kabinetinin qərarları və məktublar yer alır. “Rəhbərlik” bölməsində Baş nazir və Baş nazirin müavinləri, “Nazirlər Kabineti” bölməsində isə Nazirlər Kabinetinin statusu, səlahiyyətləri, iş qaydası, tərkibi, mərkəzi icra hakimiyyəti orqanları, “Nazirlər Kabinetinin Aparatı” bölməsində aparatın strukturu və əsasnaməsi barədə məlumatlarla tanış olmaq mümkündür.
“Müraciətlər” bölməsində isə vətəndaşlara Nazirlər Kabinetində qəbul günləri, qəbula yazılmaq, elektron qaydada müraciət qaydaları barədə məlumat verilir. Həmçinin bu bölmədə müraciətlə bağlı qanunvericilik aktları əksini tapıb.
Saytda ən son nailiyyətlər əsasında fotoqalereya təqdim edilir. Burada Baş nazirin görüşlərindən və səfərlərindən, iştirak etdiyi tədbirlərdən fotoşəkillər verilir.
Nazirlər Kabinetindən verilən məlumata görə yaxın vaxtlarda saytın xarici dillərdə də (rus və ingilis) bölmələri təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir
18.10.2018
Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı
18.10.2018
“Tnews.uz” Azərbaycanın Dövlət Müstəqilliyi Günündən yazıb
18.10.2018
Əsl müstəqillik!
18.10.2018
Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info