Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
Tarix: 19.09.2018 | Saat: 11:45:00 | E-mail | Çapa göndər




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ISESCO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ilk dəfə olaraq qeyri-rezidentlərə elektron imza təqdim olunacaq. Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 31-də yeni formatda təqdim olunacaq Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında iştirak edəcək xarici qonaqlarla aparılan danışıqlar yekunlaşıb. Konfransın əsas spikerlərindən olan Avropa Elektron Kimlik və Təhlükəsizlik Assosiasiyasının sədri Jon Şamah bildirib ki, təmsil etdiyi qurum Azərbaycan Rəqəmsal Ticarət Qovşağı ilə sıx bağlıdır. Onun sözlərinə görə, artıq görüləcək işlərlə bağlı ilkin layihə də hazırdır: "Avropa İttifaqı (Aİ) 28 üzvü, 23 milyon kiçik və orta müəssisəni, 400 milyon istehlakçı bazarını təmsil edir. Aİ vahid rəqəmsal bazarda etibarlı əməliyyatlar üçün "bərabər sahə" təklif edən, bütün üzv dövlətlərə şamil edilən "eIDAS" Güvənlik xidmətləri qaydasını tətbiq edib. Bu sistem yalnız Aİ-yə üzv dövlətlər üçün hazırlanıb. Bu təşkilatın Horizon 2020 layihəsi olan, "FutureTrust" isə "eIDAS" və Aİ xaricindəki digər güvən sxemləri arasındakı boşluğu birləşdirməyə kömək edir. "FutureTrust" Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının "eIDAS" və digər güvən sxemləri arasında qlobal səviyyədə qarşılıqlı razılıq əldə etmək üçün əlverişli platforma olduğunu hesab edir". Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin "Azexport" portalının sıx əməkdaşlıq etdiyi "Alibaba", "Amazon", "e-bay" və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq. Konfransda əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq. Eyni zamanda, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycandan Avropa ölkələrinə 7,5 milyard dollarlıq dəyərində məhsul ixrac edilib
16.10.2018
Regionlarda istifadəyə verilən obyektlər: yerli əhali üçün yeni iş yerləri yaradılır
16.10.2018
AZAL Tel-Əvivə uçuşların sayını artırır
16.10.2018
Neft Fondu bu il 14,3 ton qızıl alıb
16.10.2018
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info