“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
Tarix: 19.09.2018 | Saat: 11:46:00 | E-mail | Çapa göndər


Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini olub


Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways”a məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib. Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, “Buta Airways”ın yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb. Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu. Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar: https://youtu.be/2BbBLLSVMy8
Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək. “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb
13.12.2018
Neftçala–Xol Qaraqaşlı yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info