Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
Tarix: 19.09.2018 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Bu gün turizm qeyri-neft sektorunun önəmli sahəsinə çevrilib. Bir çox ölkələr üçün turizm əsas gəlir mənbəyidir. Son illər Azərbaycanda da turizm baxımdan əhəmiyyətli inkişaf müşahidə olunur. Artıq standartlar dəyişib. Bu sahədə də rəqabət mühiti formalaşıb. Dünyanın diqqətini turistik olaraq Azərbaycana cəlb etmək üçün zamana uyğun təbliğat vasitələrindən istifadə etmək lazımdır. Hazırda ən effektli təbliğat vasitəsi isə internet, o cümlədən sosial mediadır. Bu alanda virtual kampaniyalar keçirməklə Azərbaycanda turizim sahəsini daha da inkişaf etdirmək olar. Məsələn, aidiyyəti rəsmi qurumlar və ya hər hansı qeyri-hökumət təşkilatı tərəfindən belə bir təşəbbüs irəli sürmək olar: sosial şəbəkələrdə "Turizm günü" adlı kampaniya keçirmək olar. Əvvəlcədən elan olunmuş gündə hər kəs Azərbaycanın turistik yerləri ilə bağlı statuslar yazır və şəkillər paylaşırlar. Hətta hər kəs öz profil şəklini də dəyişib bir gün ölkəmizin mənzərəli yerləri olan şəkillərlə əvəzləyə bilər. Bu kampaniyanı ənənəvi hala da salıb ayda bir dəfə də etmək olar. Təssəvür edin ki, sosial şəbəkələrdəki milyonlarla soydaşımız bu kampaniyaya qoşulsa necə effekt əldə etmək olar.
Qeyd edək ki, əsasən xaricdəki soydaşlarımızın tanıtım sratusları mühüm rol oynaya bilər və əcnəbiləri Azərbaycana cəlb edə bilər.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov bizimlə söhbətində dedi ki, Ukraynada daimi olaraq bu məsələni diqqətdə saxlayır, yerli xalqı Azərbaycanla bağlı məlumatlandırırlar: " Fikrimcə, harada yaşamağımızdan asılı olmayaraq Azərbaycanın tanıtımı və tıbliği əsas iş olmalıdır. Bu vətən bizlərə ata-babalarımızdan qalmış mirasdır. Bizlər Vətən eşqinə real və virtual dünyada təbliğat, təşviqatımızı hər zaman aparmalıyıq".
Gənclər Dünyası İctimai Birliyinin sədri Nicat Mirzəyev isə dedi ki, hazırda Azərbaycanda turizim sahəsi yeni dövrünü yaşayır: "Bu da Azərbaycanın dünyaya sürətlə inteqrasiyasının müsbət nəticəsidir. Əlbəttə ki, bu müsbət irəliləyişdə dövlətin apatdığı xarici siyasətlə yanaşı, informasiya texnologiyalarının da rolu var".
Onun fikrincə, əsasən kutləvi virtual tədbirlər etmək lazımdır: "Bunun üçün də internet dünyasında soydaşlarımız həmrəylik nümayiş etdirməlidirlər.
Əslində, sosial media hər bir insanın və ya ölkənin özünü tanıtımına xidmət edir. Bunun üçün sosial şəbəkələrdə geniş imkanlar yaradılıb. Bunlardan yararlanıb turizmlə də bağlı tanıtım etmək mümkündür. Bu işdə xaricdə yaşayan azərbaycanlılar da fəallıq göstərməlidirlər. Məsələn, hər diaspor üzvü ildə ən azı bir əcnəbini ölkəmizə turist kimi göndərə bilsə, statistik göstəricilərdə xeyli fərq olar. Mən özüm hər ölkəmizə gələndə çalışıram bir ukraynalını gətirim. Onlar da burada gördüklərini Ukraynaya qayıtdıqdan sonra həmyerlilərinə danışırlar. Bu da digər ukraynalılarda Azərbaycanla bağlı maraq oyadır. Eyni zamanda onlar sosial şəbəklərdə Azərbaycanda olduğu yerlərlə bağlı paylaşımlar edirlər. Qeyri-azərbaycanlıların sosial mediada paylaşımları, tanıtım baxımdan azərbaycanlıların etdiklərindən daha effektivdir".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info