Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
Tarix: 19.09.2018 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında işəgötürənlərin iştirakı ilə “Əmək normaları, əməyin ödənilməsi, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Tədbirdə Lənkəran və Masallı rayonları ilə yanaşı, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarından olan ayrı-ayrı işəgötürənlər iştirak edib. Seminarda əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib. Həmçinin orta əmək haqqı və onun hesablanması qaydası, əməyin ödənilməsinin təminatları, müəssisənin ləğv edildiyi hallarda işçilərin əmək haqqı, sosial müdafiə xarakterli ödəmələrinin, o cümlədən istifadə etmədikləri məzuniyyətə görə pul əvəzinin ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri, əmək haqqından tutulmalara yol verilən hallar haqqında da danışılıb. Seminarda qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələrindən bəhs olunub. Qeyd edilib ki, əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşıması işçilərin gələcək sosial müdafiə hüquqlarına malik olmasına maneə yaradır və qanunvericiliyə əsasən hər bir işəgötürən işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalıdır.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
DTX-nin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb
16.10.2018
Tkaçenko: “Azərbaycanda ölkə rəhbərliyi tərəfindən veteranlar üçün hər cür şərait yaradılıb”
16.10.2018
Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb
16.10.2018
Ən çox təmassız POS-terminalı olan bank - AtaBank!
16.10.2018
“Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info