Naxçıvanda 45 müəllim işlə təmin olunub
Tarix: 19.09.2018 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən avqustun 24-dən sentyabrın 12-dək keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyində keçirilən görüşdə çıxış edən nazir Rəhman Məmmədov gənclərin ictimai-siyasi həyatdakı mühüm rolundan, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Nazir qeyd edib ki, təhsilin keyfiyyəti gələcək nəsillərə bilik verən müəllimlərin səviyyəsindən çox asılıdır. Bu gün muxtar respublikada təhsil sahəsində görülən işlərdən biri də müəllim heyətinin seçilməsindəki yenilikdir. Bu yenilik Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin müsabiqə yolu ilə işə qəbuludur.
Vurğulanıb ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə, 165 vakant iş yeri müəyyənləşdirilib. İyulun 17-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 sənəd təqdim edilib. Avqustun 24-dən sentyabrın 12-dək keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 45 müəllim işlə təmin olunur.
“Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 9 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir. Gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək istəyi həmin təhsil müəssisəsində yaradılmış yüksək şərait və yaşayış məntəqələrinin gündən-günə müasirləşməsi ilə əlaqədardır”, – deyən təhsil naziri bildirib ki, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsidir. Sonra təhsil naziri gənc müəllimləri pedaqoji fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını arzulayıb. Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək, ümumtəhsil məktəblərində müəllimlərin əsas vəzifələri barədə məlumat verib. Gənc müəllimlər adından çıxış edən Sevinc Məmmədova həyata keçirilən uğurlu təhsil siyasətinə, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodik vəsaitlər təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
17.10.2018
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub
17.10.2018
Rektor Elmar Qasımov 26 Prezident təqaüdçüsü ilə görüşüb
17.10.2018
Lera Kurmakaeva ADU-da təlim keçib
17.10.2018
Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info