Məktəb direktorlarına tapşırıqlar verilib
Tarix: 19.09.2018 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Məhəbbət Vəliyeva məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb

Paytaxtın ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub. Görüşdə təhsil nazirinin müavini, BŞTİ müdirinin vəzifələrini icra edən Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. Tədbirdə çıxış edən M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində ümumtəhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərindən danışıb. Nazir müavini bildirib ki, ötən tədris ilində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin fəaliyyətində inkişafyönlü tədbirlər də daim diqqət mərkəzində saxlanılıb. 2018-2019-cu tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan nazir müavini məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası, məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlərə aydınlıq gətirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15.07.2019
Ötən il təhsil sistemində imtahanla 12 min nəfər daimi işə qəbul olunub
15.07.2019
Yaqub Mahmudova həsr edilən növbəti kitab çap olunub
15.07.2019
Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib
15.07.2019
Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Израильские ученые совершили революционный прорыв в борьбе с диабетом


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info