ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
Tarix: 19.09.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədqiqatçı- alim, professor, şair Faruk Faik Köprülünün "Kərkük tarixi və Türkmən eli mədəniyyətindən səhifələr” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin və Filologiya fakültəsinin professor-müəllim heyəti, doktorantları, magistrləri və tələbələri iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Bu gün bizim xüsusi qonağımız var. Professor Faruk Faik Köprülü Türk dünyasının böyük alimi, vətənpərvər ziyalısıdır. Çıxışında professor Faruk Faik Köprülünün həyat və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, Türkmən eli mədəniyyətinin qurucularından, araşdırmaçılarından olan professor Faruk Faik Köprülü 1953-cü ildə Kərkük mahalının Altınkörpü qəsəbəsində anadan olub. 1974-cü ildə Bağdad Universitetinin Təhsil fakültəsinin ərəb bölməsini bitirib. Əmək fəaliyyətinə Kərkükdə orta məktəbdə müəllim işləməklə başlayıb. 2004-cü ildən türk məktəbində fənnbirləşməsi rəhbəri olub, İraq-Türkmən məktəbinin tədrisinə rəhbərlik edib.
Gənc yaşlarından ədəbiyyatla məşğul olmağa başlayıb. Bədii yaradıcılığa şeir yazmaqla başlayıb. Sonradan öz yüksək məzmunlu yazıları ilə Türkmən ədəbiyyatçıları sırasına qoşulub. Bağdaddakı Türkmən radiosunda ədəbiyyat və folklor proqramlarını hazırlayaraq təqdim edib. 35 ildən çoxdur ki, “Türkmən eli” proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq Türkmən mədəniyyətinə böyük xidmətlər göstərib. Bir çox beynəlxalq konfransların iştirakçısı olub. İraq Xəttatlar Dərnəyinin, Türkmən Xalq Şairləri Dərnəyinin, İraq Ədəbiyyatçılar Birliyinin və digər yaradıcı təşkilatların üzvüdür. Ərəb və türk dillərində 50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-nı Azərbaycana həsr edib. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Professor Faruk Faik Köprülü həmçinin “Qızıl ulduz” medalı ilə təltif edilib. “Kərkükdən Bakıya şahin uçurtdum” adlı son kitabı 4 ay bundan öncə çap olunub. Belə görüşlər xalqlarımız arasında əlaqələrin güclənməsinə səmərəli təsir göstərir.
Professor Faruk Faik Köprülü çıxışında öncə görüşün keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Faruk Faik Köprülü qeyd edib ki, Kərkük vilayəti İraqın ən önəmli bir hissəsidir. Kərkük vilayətinin coğrafi mövqeyi, İraq türkmənlərinin tarixi, etimologiyası, ədəbiyyatı, mədəniyyəti haqqında məlumatlar məruzədə öz geniş əksini tapıb. İraqda Azərbaycanın böyük şair və mütəfəkkirləri İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin məzarları var. Məruzəçi vurğulayıb ki, İraq türkmənləri qarşılaşdıqları çətinliklərə, məhrumiyyətlərə, soyqırımlara baxmayaraq öz milli varlıqlarına, bayraqlarına, mənəvi-əxlaqi dəyərlərinə sadiq qalıblar. İraq türkmənləri mədəni, səbirli, müdrik, sülhsevər millətdirlər. Xalq şeiri xalqın ruhunun, mənəviyyatının, düşüncələrinin, həyat tərzinin ifadəsidir. Görkəmli alim, professor Qəzənfər Paşayev İraq türkmənlərinin folklorunun Azərbaycanda, eləcə də Azərbaycan folklorunun İraq türkmənləri arasında yayılmasında əvəzsiz xidmətlər göstərib.
Görüşdə çıxış edən dosent Şahin Pənahov, professor Buludxan Xəlilov, professor Elman Quliyev, professor Təyyar Cavadov, dosent Naibə Əhmədova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov görüşün keçirilməsindən məmnun qaldıqlarını bildirərək türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Professor Faruk Faik Köprülü görüşdə öz şeirlərini oxuyub, iştirakçıların suallarını cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“İnsanlar təhlükəsizlik qaydalarına riayət etməyə ciddi yanaşmırlar”
18.12.2018
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti seminar-təlim təşkil etdi
18.12.2018
Əli Əhmədov: “Azərbaycan sürətlə inkişaf edən Çinlə əlaqələrə xüsusi önəm verir”
17.12.2018
Ali Murat Kırık: “Dünyanı gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur”
17.12.2018
Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info