Üç cüdoçumuzun adı Şöhrət Zalına daxil edilib
Tarix: 19.09.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində qala gecə təşkil edib. “Buta” sarayında keçirilən mərasimdə IJF-nin Şöhrət Zalına daxil edilən 19 nəfər mükafatlandırılıb. Cüdo ailəsinin tanınmış simalarının qatıldığı tədbirdə qonaqları salamlayan qurumun prezidenti Marius Vizer təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abullayevə təşəkkür edib. R.Abdullayev Bakıda keçiriləcək dünya çempionatında hər şeyin gözəl alınacağına və əla rəqabətin olacağına ümid bəslədiyini bildirib: “Cüdo ailəsini və bütün qonaqları Azərbaycanda, təşkil edəcəyimiz ilk dünya çempionatında qəbul etmək mənim üçün böyük şərəfdir. Bizə bu imkanı yaratdığı üçün Marius Vizerə təşəkkür edirəm”.
Çıxışlardan sonra 2018-ci il üçün Şöhrət Zalına daxil edilən şəxslər xüsusi sertifkat və hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib. Ardınca Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Yenyo Kamyuti fransalı kanoeçi Tomas Baruxu, fransalı veteran cüdoçu Jan-Luk Ruju, türkiyəli veteran güləşçi Kazım Gediki, eləcə də Türkiyənin "Altinboynuz" İdman Klubunu və Beçikanın "Panathlon Wallonie-Bruxelles" klubunu “Fair Play” mükafatı ilə təltif edib.
İtaliyalı Qavino Pirreddaya qızıl medal, almaniyalı Bernd Axillesə isə xüsusi diplom verilib. Tədbirdə dünya şöhrətli Al Bano, rusiyalı Ksenya Buzina, azərbaycanlı Səmra Rəhimli, rumıniyalı Marsel Pavel və macarıstanlı Syoç Renata öz mahnılarını ifa ediblər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
22.10.2018
Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
22.10.2018
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
22.10.2018
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib
22.10.2018
Prezident İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info