“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq
Tarix: 19.09.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“Ümid” qaz-kondensat yatağında inşa ediləcək ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, yatağın tammiqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2012-ci ildə “Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. “Ümid” yatağı dövlət müstəqilliyi bərpa edildikdən sonra kəşf olunan ilk yataqdır. Strukturun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir (12 nömrəli istismar quyusu təmirə dayanıb) və bu quyulardan 1250 min kubmetr/gün qaz, 200 ton/gün kondensat hasil edilir. Hazırda “Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır. Quyunun cari ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Rusiya bu ölkəyə sanksiya tətbiqinə son qoydu
24.07.2019
Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb
23.07.2019
Gədəbəydə 23,5 kilometrlik avtomobil yolu yenidən qurulur
23.07.2019
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək
23.07.2019
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info