Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
Tarix: 19.09.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.
Bildirib ki, bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Vurğulanıb ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şərəf”, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar rəssam”, “Əməkdar artist” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.
Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub. Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 27 illiyi qeyd edilib
16.10.2018
Leonid Ptaşka və Həsən Bağırov Muğam Mərkəzində birgə konsert veriblər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018
Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info