Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
Tarix: 19.09.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilən Bakı Elektron Ticarət Forumu çərçivəsində tanınmış beynəlxalq ekspertlər tərəfindən “E-ticarət bacarıqlarının inkişaf etdirilməsi” üzrə master-klas təşkil olunacaq.
Gənclərin və startapçıların böyük marağına səbəb olacaq seminarın əsas natiqi qismində “Grow Global” kitabının müəllifi kimi məşhurlaşan böyük britaniyalı Sarah Karrol çıxış edəcək. Master-klasda iştirak etmək üçün sentyabrın 21-i saat 16:00-dək Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq (info@bef2018.az, tel.: (012) 5391797) qeydiyyatdan keçmək tələb olunur.
Bakı Elektron Ticarət Forumu elektron ticarət dünyasının cari il üzrə ən maraqlı beynəlxalq tədbirlərindəndir və bir çox yeniliklərlə yadda qalacaq.
İki gün davam edəcək foruma 300-dən artıq yerli və xarici iştirakçının qatılıcağı gözlənilir. Tədbirdə beynəlxalq təşkilatlar, dövlət qurumları, kiçik və orta sahibkarlar, startaplar, icitmai təşkilatlar və investorlar təmsil olunacaq.
Forum iştirakçıları elektron ticarət sahəsində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, e-ticarət ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktiki vərdişlərə yiyələnmək imkanı qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info