Yuxarı Tahircal kənd məktəbi əsaslı təmir olunaraq istifadəyə verilib
Tarix: 19.09.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub. Azərbaycan Sərhəd Mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı, eyni zamanda, sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir. Belə sosialyönümlü tədbirlərdən biri də sentyabrın 17-də Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olub. Respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlib, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından kömək göstəriblər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdarlığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib. Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında köməyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı qeyd edilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı danışılıb. Tədbirin sonunda qonaqlar yeni təmir edilmiş məktəbin sinif otaqlarını gəzərək yaradılmış şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub
22.07.2019
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 84 nəfər qeydiyyatdan keçib
20.07.2019
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
20.07.2019
Kolleclərə qəbul olunmaq üçün ərizə verənlərin sayı 23 mini keçib
20.07.2019
Rezidenturaya qəbul olmaq üçün 180-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info