Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
Tarix: 19.09.2018 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Məqsəd Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya Mərkəzi Qan Bankının Gəncə filialında və İmamzadə ziyarətgahında təşkil ediləcək.
M.Rəhimov qeyd edib ki, aksiyaya şəhər üzrə 14 həkim briqadası ayrılıb və təcili tibbi yardım avtomobilləri şəhərin mərkəzindən İmamzadə ziyarətgahınadək olan əraziyə əvvəlcədən müəyyənləşdirilmiş məntəqələrə təhkim ediliblər. Aşura günü İmamzadə ziyarətgahına yaxın bütün tibb müəssisələri, eləcə də Abbas Səhət adına Gəncə Şəhər Xəstəxanası, Uşaq Xəstəxanası və 5 saylı Poliklinika gücləndirilmiş iş rejiminə keçəcək.
Bildirilib ki, aksiyanın keçiriləcəyi İmamzadə ziyarətgahında 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb. Qanvermə məntəqələri və briqadalar zəruri dərman və tibbi vasitələrlə təmin edilib. İki həkim briqadası sentyabrın 19-dan etibarən İmamzadə ziyarətgahına təhkim edilib. İki növbəli iş rejimində işləyəcək bu briqadalar Aşura günü könüllülərin qanvermə prosesini təşkil etməklə yanaşı, həm də zərurət yarandıqda İmamzadəyə ziyarətə gələnlərə ilkin tibbi xidmət göstərəcəklər.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info