Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
Tarix: 19.09.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə Azərbaycanın töhfəsidir”

Çin Xalq Respublikasında işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov çinli həmkarı Van İ ilə görüşüb. Çinin Tiencin şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik Asiya sammitində iştirakına görə Elmar Məmmədyarova təşəkkür edən Van İ azərbaycanlı həmkarı ilə yenidən görüşməsindən məmnunluğunu bildirib. Çinli nazir Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini və bu gün dünyada ciddi nüfuzu ilə seçilən bir dövlətə çevrildiyini bildirib. Ölkəsinin Azərbaycanla münasibətlərinin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Çin-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətləri qarşılıqlı etimada əsaslanan dostluq və tərəfdaşlıq əlaqələri kimi xarakterizə edib. Çin xarici siyasət idarəsinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin inkişafının əsasını təşkil etdiyini bildirib. Van İ Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb. Qeyd edək ki, 2015-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Pekində imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq həllinə tərəfdar olduğu qeyd edilib. Xarici işlər naziri Van İ Çin dövlət başçısı Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu xatırladaraq, ölkəsinin Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdiyini deyib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə töhfəsi kimi dəyərləndirən Çin rəsmisi ölkəsinin bu təşəbbüsün reallaşması istiqamətində Azərbaycan ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Çinə yenidən səfər etməkdən və nazir Van İ ilə yenidən görüşməkdən məmnun olduğunu bildirən E.Məmmədyarov dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında əldə edilmiş razılaşmaların hər iki ölkənin xarici işlər nazirliklərinin ikitərəfli əlaqələri dərinləşdirmək üçün fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdiyini qeyd edib. Nazir bu səfəri çərçivəsində Çindəki yüksək inkişafın davam etdiyinin şahidi olduğunu deyib və dost ölkə olaraq Çini qazandığı nailiyyətlərə görə təbrik edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür edib. Çinin dövlət başçısı Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin genişlənməsi və dərinləşməsi üçün imkanlar yaratdığını bildirən Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etdiyini bildirib, Çini Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika infrastrukturlarından istifadəyə dəvət edib. Ölkələrimiz arasında siyasi münasibətlərin iqtisadi sahədə də əməkdaşlığın genişlənməsinə təkan verdiyini diqqətə çatdıran E.Məmmədyarov Çin şirkətlərinin Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda da fəaliyyəti üçün geniş potensialın olduğunu deyib. Görüşdə ölkələrimizin BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnuniyyət ifadə olunub. Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun qaldırılması ilə bağlı məsələ ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin humanitar və mədəni sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub və hər iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün müxtəlif səpkili mədəni tədbirlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar





 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Barselonada qeyd edilib
20.10.2018
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
20.10.2018
“Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
20.10.2018
Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info