Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
Tarix: 19.09.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Türkiyə arasında çox yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin sürətlə inkişaf etdiyini söyləyib. Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakının önəmini qeyd edən Ziyafət Əsgərov bunun birliyimizi sarsıtmaq istəyən qüvvələrə bir mesaj olduğunu qeyd edib. O, 100 il əvvəl olduğu kimi, 1990-cı illərin əvvəllərində də müstəqilliyimizi tanıyan ilk dövlətin məhz Türkiyə olduğunu vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri hər bir sahədə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin həyata keçirilməsinin təkcə iqtisadi yox, həm də siyasi və mənəvi-psixoloji əhəmiyyətinin olduğunu qeyd edən Ziyafət Əsgərov bu layihələrin Türkiyə və Azərbaycan dövlətlərinin, xalqlarının daha da yaxınlaşmasına töhfə verdiyini deyib.
Görüşdə Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı danışıb. TBMM-in xarici işlər komissiyasının sədri Volkan Bozkır Azərbaycana növbəti səfərdən məmnunluqlarını qeyd edib. O, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafının qürur doğurduğunu vurğulayıb. Volkan Bozkır münasibətlərimizin bütün dünyaya gözəl örnək olduğunu deyib. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info