Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
Tarix: 19.09.2018 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Sabah İslam dünyasında Məhərrəm ayının onuncu günü - Aşura qeyd olunur. Miladi təqvimi ilə sentyabrın 11-də başlayan Məhərrəm ayı ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvada qeyd olunub ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran şəhərində qanvermə aksiyası keçirilib.
Lənkəran şəhərindəki “Böyük bazar” məscidində keçirilən aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Mərkəzi Qan Bankının Lənkəran bölməsinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən qanverməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən yoxlanılıb. Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Sədi Axundzadənin verdiyi məlumata görə, humanitar aksiyada Lənkəran və ətraf rayonların təxminən 300 sakini iştirak edib. Onlardan yalnız 130 nəfərindən qan götürülüb. Aksiyada götürülən qanlar laboratoriyada yoxlanıldıqdan sonra xəstələrə yardım məqsədilə sertifikatlaşdırılacaq və qan bankında toplanacaq.




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
İmişlinin Qızılkənd kəndində 624 şagird yerlik yeni məktəb binası inşa olunacaq
22.10.2018
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
22.10.2018
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
22.10.2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
22.10.2018
Açıq məkandakı qeydiyyatsız reklamlarla mübarizə gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info