“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
Tarix: 19.09.2018 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


“Rusiyada yaşayan erməni oliqarxlarına təzyiq göstərərək onların yeni hökumətimizə kömək etməsinə qadağa qoyurlar”

“Əgər Putin, doğrudan da, Ermənistana ölkənin sabiq ikinci və üçüncü prezidentləri ilə görüşmək üçün gəlirsə, bu səfərin baş verməməsi daha yaxşı olardı, çünki bu, Robert Koçaryanın həbsindən sonra Ermənistan-Rusiya münasibətlərinin təməl daşı ola bilər».
Qeyd edək ki, bu fikirlər Ermənistanda nəşr edilən «Jamanak»ın ötəngünkü sayından götürülüb. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana ehtimal edilən səfəri ilə bağlı hər iki ölkədə fərqli münasibətlər sərgilənir. Məsələn, Rusiyanın «Rosbalt. ru» saytı Putinin Ermənistana gözlənilən səfəri barədə yazdığı məqalədə onun bu dəfə İrəvanda «yadlar» tərəfindən qarşılanacağını bildirib. Sayt fikrini Paşinyan hökumətinin, daha çox Qərbpərəst QHT və fondların yetirmələrindən formalaşdırıldığı ilə əsaslandırır.
«İndi bizim yeni hökumətimizin necə davrancağını müşahidə edəcəyik». Bu isə «ArmenianReport» saytında Rusiya prezidentinin məlum səfəri ilə bağlı Ermənistan tərəfinin gözləntisidir. Yazıda daha sonra deyilir: «Həyatda hər kəs səhv edə bilər. Bundan əlavə, bəzən yalnız insanlar deyil, həm də bütün xalq sonun nə ilə nəticələnəcəyini bilmədən, böyük bir səhv edə bilər və sonun qorxunc olduğunu sonra başa düşər.

“Kreml Sarkisyanın Ermənistanda artıq tarixin zibilliyinə atıldığını niyə unudur?”


Beləliklə, Rusiya prezidenti Vladimir Putin Ermənistana edəcəyi səfər zamanı sabiq prezidentlər- Robert Köçaryan və Serj Sarkisyanla görüşmək niyyətindədir. Təbii ki bu, bizim üçün də gözlənilən idi. Çünki Putin dünyanın müxtəlif ölkələrinin «zəif» liderlərinin vəziyyətini yoxlamaq üzrə böyük fanatdır. Bu, onun şəxsi təcrübəsindən irəli gələn peşəkar «təxribat»larından biridir.
Xatırladığımız kimi, hələ bir müddət bundan əvvəl Rusiya rəhbəri Robert Koçaryana zəng edərək onun doğum gününü təbrik etmişdi. Bu gün bir-çox ermənilər üçün maraqlıdır, axı bu ötən illər ərzində bir dəfə də olsun Koçaryanı yada salmayan Rusiya rəhbəri nədən birdən-birə durub ona zəng etsin? Təbii ki, bu sual Ermənistanda çoxları kimi, baş nazirimiz Paşinyana da məlumdur. Elə buna görə də, indi veriləcək imtahandan Nikol Paşinyan keçəcək. Lakin bu dəfə o, bu imtahanı Ermənistandan kənarda, Rusiyada deyil, öz evində, İrəvanda verəcək. Əlbəttə, bu gün Putinin ölkəmizə gəlişinə o qədər də böyük dəyər vermədiyimizi, bəlkə Putin özü də yaxşı anlayır. Rusiya rəhbəri bunun səbəbini bilməsə də, biz ona çatdırmaq məcburiyyətindəyik. Bu gün Rusiya prezidentinə Ermənistanda dəyər verilməməsinin başlıca səbəbi onun Qafqazdakı tarixi müttəfiqinə (yəni ermənilərə-A. B.) qarşı açıq nümayiş etdirdiyi «xain siyasəti»dir. Belə ki, bu gün Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur. Moskva Bakını silahlandırmaq hüququnu təkrar etməkdə davam edir. Ermənistanın məhv edilməsini «xəyal edən» dövlətlə ticarət mübadiləsi aparır. Axı Ermənistan buna nə ad verməlidir? Diplomatik deyimdə buna hər şeyi maliyyə ilə dəyərləndirmək adəti deyirlər. Bu gün Rusiya rəhbərliyi ən kiçik bir məhdudiyyət olmadan, məhz bununla məşğuldur. Lakin bütün bunlara baxmayaraq, Kreml yenə də İrəvandan şərtsiz olaraq onu dinləyib, itaət etməyi tələb edir. Qanunsuz şəkildə ölkəmizin daxili işlərinə müdaxilə edir, Ermənistanda cinayət törətmiş şəxsləri öz ərazilərində gizlədir. Bizim Robert Koçaryan və Yuri Xaçaturovla bağlı ədalətli tələbimizin qarşılığında təhdid edir, Rusiyada yaşayan erməni oliqarxlarına təzyiq göstərərək, onların yeni hökumətimizə kömək etməsinə qadağa qoyurlar.
Bütün bunlar azmış kimi, Putin Ermənistanda olduğu müddətdə sabiq prezidentlər- Koçaryan və Sarkisyanı ziyarət etmək qərarına da gəlib. Axı Putin vaxtilə Kremlin kölgəsinə sığınıb öz xalqına xor baxan Sarkisyanın artıq Ermənistanda tarixin zibilliyinə atıldığını niyə unudur?
Lakin bütün bunlara baxmayaraq, indi artıq meydan Nikol Paşinyanındır. İndi biz hamımız onun necə davranacağını izləyəcəyik. Onun Putinə Koçaryan və Sarkisyanla gözlənilən görüşlərinin arzuolunmaz ola biləcəyini izah etmək üçün səbəb və fürsəti olacaq. Bizim üçün də, Putinin Nikol Paşinyanın dediklərinə reaksiyasının nə olacağı maraqlıdır. Axı yuxarıda dediyimiz kimi, Putin dünyanın müxtəlif ölkələrinin «zəif» liderlərinin vəziyyətini yoxlamaq üzrə böyük fanatdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info