“WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib
Tarix: 19.09.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Moskvada keçirilən “WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib. “Enoqastronomik furşet”də Azərbaycan mətbəxinin ləziz təamları, şərablar, meyvə-tərəvəzlər, alkoqolsuz içkilər, qənnadı məmulatları, mürəbbələr və s. təqdim olunub. AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan şərablarının milli mətbəximizlə harmoniyasını nümayiş etdirmək idi. Təqdimatda Moskvadan, həmçinin Rusiyanın regionlarından və MDB ölkələrindən, eləcə də digər xarici ölkələrdən olan topdan və pərakəndə ticarət nümayəndələri, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Rusiyadakı Azərbaycan icmasının rəhbəri, akademik Fazil Qurbanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) prezidentinin vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev təqdimat mərasimində çıxış edərək Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən danışıblar.
Xatırladaq ki, “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 20-dək davam edəcək. Azərbaycan ötən il olduğu kimi bu il də sərgidə tərəfdaş ölkə qismində iştirak edir və “Made in Azerbaijan” vahid stendlə təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub
19.10.2018
İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
19.10.2018
Prezident Azərbaycan energetiklərini təltif edib
19.10.2018
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info