Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
Tarix: 19.09.2018 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


İslamabadın Yüksək məhkəməsi apelyasiya şikayətinə baxaraq Pakistanın sabiq Baş naziri Nəvaz Şərifi həbsdən azad etmək qərarına gəlib. O, korrupsiya işi üzrə on illik həbs cəzasının iki ayını barmaqlıqlar arxasında keçirib. Bu barədə “İnterfax” xəbər verir. Sabiq Baş nazir iyul ayında qızı Məryəm ilə birgə ölkəyə qayıdan zaman Laxor şəhərinin beynəlxalq aeroportunda həbs olunmuşdu. Şərif barədə təhqiqat “Panama arxivində” dərc olunan materiallardan sonra başlamışdı. Materiallarda Şərifin bir neçə övladının, ehtimallara görə, pul vəsaitinin köçürülməsi və xarici aktivlərin satın alınması üçün istifadə edilən ofşor kompaniyalarla əlaqəsindən bəhs edilirdi. 2017-ci ilin iyul ayında Ali məhkəmə Nəvaz Şərifi Baş nazir postundan uzaqlaşdırmışdı. Pakistan məhkəməsi Londonda bahalı evlərin alınması ilə əlaqədar korrupsiya işi üzrə sabiq Baş naziri qiyabi olaraq 10 il, qızını isə 7 il həbs cəzasına məhkum etmişdi. Bundan sonra Nəvaz Şərif məhkəmənin qərarından apelyasiya vermişdi.




 
Bölməyə aid digər xəbərlər
24.10.2018
Putin və Tramp arasında keçiriləcək görüşün tarixi açıqlanıb
23.10.2018
Çin və ACEAN ölkələri birgə hərbi-dəniz təlimləri keçirirlər
23.10.2018
İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq
22.10.2018
Qəndaharda amerikan generalı yaralanıb
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info