Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
Tarix: 19.09.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Şəmkirdə 100 hektar ərazidə yaradılması planlaşdırılan “Aqrar məhəllə” layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun iş adamları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib. Şəmkir rayonunda göyərti istehsalı üzrə biznes inkubatorun yaradılması və inkişafına hədəflənən layihənin əhəmiyyəti barədə danışan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin həyata keçirilməsi üçün “Aqrar məhəllə”də yaradılmış şərait və perspektiv imkanlar barədə ətraflı məlumat verib. Bildirilib ki, təqdim edilən layihənin məqsədi əhalinin həyat şəraitinin və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, göyərti istehsalının yeni innovasiyalardan istifadə edilməklə genişləndirilməsi, vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsidir. Layihə əsasında həyata keçirləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır. Layihə əsasən gənc ailələrin sahibkarlıqla məşğul olmasına imkan yaradacaq. “Aqrar məhəllə”də biri 10 sot olmaqla 1000 ədəd göyərti istilikxanası yaradılacaq. “Aqrar məhəllə”nin tərkibində topdan satış mərkəzi, ofis, laboratoriya, yeməkxana, xammal anbarı, çeşidləmə və qablaşdırma mərkəzi, buz istehsalı, göy qurutma və qablaşdırma sexi fəaliyyət göstərəcək. Vurğulanıb ki, gələcəkdə yaradılması nəzərdə tutulan “Aqrar məhəllə”də ən az min ailə üçün yeni biznes imkanları yaradılacaq və onlar növündən aslı olmayaraq quraşdırılacaq istilikxanalarda göyərti istehsalı ilə məşğul ola biləcəklər. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Kamil Yusibov da layihənin önəmindən danışıb. Tədbir iş adamları və sahibkarların iştirakı ilə müzakirə formasında davam etdirilib. Görüşün sonunda “Aqrar məhəllə”nin inkişaf etdirilməsi imkanları haqqında təklif və tövsiyələr dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info