“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
Tarix: 19.09.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Yeni investisiya imkanları haqqında məlumatları əks etdirən "www.enterpriseazerbaijan.com" internet portalı istifadəyə veriləcək


Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabineti ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün "Azərbaycanda ilk" ("First in Azerbaijan") investisiya təşviqi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi və s. barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısı hazırlanacaq

İqtisadiyyat Nazirliyinə qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etmək, Vergilər, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratmaq, "www.azexport.az" və "www.enterpriseazerbaijan.com" internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və s. istiqamətində tədbirlər görmək tapşırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan "www.enterpriseazerbaijan.com" internet portalının istifadəyə verilməsini təmin etsin.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Regionlarda istifadəyə verilən obyektlər: yerli əhali üçün yeni iş yerləri yaradılır
16.10.2018
AZAL Tel-Əvivə uçuşların sayını artırır
16.10.2018
Neft Fondu bu il 14,3 ton qızıl alıb
16.10.2018
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir
16.10.2018
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info