İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
Tarix: 19.09.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Belarus yeni qaydalar hazırlayıb: internet media orqanları da ənənəvi KİV orqanları kimi qeydiyyatdan keçməlidirlər


Şərhi ancaq özü haqqında məlumat təqdim etmiş və qeydiyyatla bağlı təsdiq sms-i almış şəxslər yaza biləcəklər

Belarusda neçə aydır müzakirə olunan internetlə bağlı qanun layihəsi üzərində iş başa çatıb. Belə ki, narazılıqlara baxmayaraq, yeni qaydalar bu ilin dekabr ayının 1-dən etibarən qüvvəyə minəcək. Telefon nömrəsi ilə internet-forumların iştirakçıları mütləq şəkildə identifikasiya olunacaqlar. Yeni qaydalar KİV haqqında qanuna dəyişikliyə daxil edilib. Qanuna bir sıra yeniliklər, o cümlədən internet resursların fəaliyyəti ilə bağlı məsələlər əlavə edilib. Qanuna yeni – “internet nəşri” termini daxil edilib. Bu terminin yaradılmasının məqsədi odur ki, internet media orqanları da ənənəvi KİV orqanları kimi qeydiyyat prosedurundan keçməlidirlər. İnternet-nəşrin təsisçisi ancaq hüquqi şəxs ola bilər, rəhbəri isə KİV sahəsində, ən azı, 5 il təcrübəsi olan mütəxəssis olmalıdır. Bütün internet nəşrlərin çıxış məlumatları - telefonu, ünvanı və rəhbərik haqqında informasiyası olmalıdır. Ən çox müzakirə olunan və mübahisələr yaradan məsələ isə internet-forumların bütün iştirakçıları, o cümlədən şərh yazanların identifikasiyası ilə bağlı idi. KİV haqqında qanunla hökumətə bu qaydaların həyata keçirilməsi mexanizmini hazırlamaq tapşırılıb. “Nezavisimaya qazeta” yazır ki, qanun layihəsinə ediləcək dəyişikliklər bütün yay ərzində dövlət orqanlarında müzakirə edilib. Sentyabrın 7-də isə ictimai müzakirə üçün dərc edilib. İctimai müzakirə cəmi 10 gün davam edib. Artıq Belarusun İnformasiya Nazirliyinin saytında məlumat verilib ki, müzakirələr başa çatıb. Nazirliyə ünvanlanan 16 müraciətdən 10-u müzakirə olunan məsələnin mahiyyətinə uyğun olmadığı üçün qəbul edilməyib. Nazirliyin mütəxəssisləri qalan müraciətləri araşdıracaqlar. Beləliklə, yeni qaydalara əsasən internetdə şərhi ancaq özü haqqına məlumat təqdim etmiş (adı, atasının adı, soy adı, cinsi, doğum tarixi və yeri, telefon nömrəsi və elektron ünvanı) və qeydiyyatla bağlı təsdiq sms-i almış şəxslər yaza biləcəklər. İnternet resursları bu informasiyaları qorumalı və lazım gələrsə, müvafiq orqanlarla - operativ-axtarış əməliyyatı həyata keçirən orqanlar, prokurorluq, istintaq orqanı, Dövlət Nəzarət Komitəsi, İnformasiya Nazirliyi, vergi və məhkəmə ilə bölüşməlidirlər. Əgər internet-forumun iştirakçısı yazdığı məlumatı silsə, internetdə olmasa belə, onun haqqında olan məlumatlar, ən azı, 6 ay ərzində qorunacaq. Belarus mediasında və sosial şəbəkələrdə KİV haqqında qanuna ediləcək dəyişikliklər geniş müzakirə olunur. Sosial şəbəkələrə bu qaydaların necə tətbiq ediləcəyi bəlli deyil. Ekspertlər bildirirlər ki, internet - media orqanlarına yeni qaydaları tətbiq etmək mümkün olacaq. Amma sosial şəbəkələrlə bağlı məsələ qeyri-müəyyəndir. Bu suallara ancaq yeni qaydaların tətbiqi mexanizmi hazırlanandan sonra aydınlıq gələcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info