Aqrar Universitetə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
Tarix: 19.09.2018 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Yüksək bal toplayan və Azərbaycan Dövlət Aqrar Universitetini seçən 82 tələbəyə əlavə təqaüd veriləcək. Bu barədə AZƏRTAC-a universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Qalib Rəhimli məlumat verib. Q.Rəhimli bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd edilən “Bilik günü” yüksək balla bu ali təhsil müəssisəsinə qəbul olunan tələbələr üçün ikiqat bayram kimi yadda qalıb. Kənd təsərrüfatı naziri İnam Kərimovun, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və digər qonaqların iştirak etdiyi tədbirdə hər fakültə üzrə ən yüksək bal toplayan tələbələrin mükafatlandırılması ilə yanaşı, ümumilikdə qəbul imtahanlarında yüksək bal toplayan 82 tələbə ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüdün veriləcəyi elan edilib. Bu, ümumilikdə 44 tələbəni əhatə edib. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr də yaddan çıxmayıb. Tələbələrlə təşkil olan görüşdə qeyd edilib ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək. Beləliklə, ölkə Prezidentinin aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğısı nəticəsində universitetə yüksək balla qəbul olunan 82 tələbə hər ay əlavə təqaüdlə təmin olunub.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info