Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır
Tarix: 19.09.2018 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Şeir də insan kimi ömür yaşayır. Bir çox şeir yazılan zaman oxucusunu itirirsə, bəziləri əbədi yaşayır. Haqlı olaraq müdriklər deyirlər ki, şair ölər, sözü qalar. Sözdür insanı dünyada yaşadan, adını tarixə yazan. Bu gün də insanlar sözə yüksək qiymət verir və gözəl poeziya incilərini oxuyurlar. Poeziya da insana qida kimi zəruri olan bir nemətdir. Tarix göstərir ki, sözə qiymət verən hökmdarlar hər zaman xatırlanır. Daha doğrusu, bu cür adil hökmdarların saraylarında mütəfəkkir şairlər yaşamış və ciddi əsərlər yaradaraq dünya ədəbiyyatını zənginləşdirmişlər. Həqiqətən, bədii əsərlərdə yer alan qəhrəmanlar, hökmdarlar tarix səhnəsində tez-tez xatırlanır. Bu gün yaradıcılığına müraciət etdiyimiz şairlərdən biri də Yusif Nəğməkardır. Yusif Nəğməkarın şeirləri daha musiqi dilinə yaxındır. Onun şeirlərində nəğmə var. İndi isə şairin yaradıcılığından seçdiyimiz şeirlərini təqdim edirik:

Yusif Nəğməkar 1955-ci ildə Beyləqan rayonunda anadan olub. ADPU-nin Filologiya fakültəsində ali təhsil alıb. Bir müddət Beyləqan rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. 1984-cü ildə “Gənclik” nəşriyyatında “Sazın işığında” adlı ilk kitabı işıq üzü görüb. 1986-cı ildə “Yazıçı” nəşriyyatında növbəti “Bilsəydim ayrılıqdır” kitabı çap olunub. 30 may 1977-ci ildə Rəsul Rzanın Yusif Nəğməkar haqqında yazdığı “Təsadüfi” adlı məqaləsi ilə ədəbiyyata təqdim olunub. Bir sıra mükafatlara layiq görülüb.


SÖZ VAXTI
Ayrıldım zaman şərtindən,
Sanma həsrət çəkmədim.
Vaxtsız qovruldum hərdən,
Oduma sədd çəkmədim…

Günlər düşdü araya,
Mənə düşmədi günlər…
Karvan yol vaxtı səhraya
Üz tutub, məqam ünlər…

Ömür-qayıq, vaxt-avar;
Çəkə bilən mətindir.
Vaxtsız dedim vaxta var –
Bu da qəbahətimdir!..

Zaman ac… doyurmadım,
Anı yandırıb-yaxdım.
Vaxta vaxt ayırmadım,
Sözümün vaxtı-vaxtım…

Görünmür sözün düzü…
Təb taxtında hüzürəm…
İtikdir vaxtın sözü…
Söz vaxtını gəzirəm!..


TƏZƏ ŞEİR
Təzə şeir, qəlb közlərim
Çağlar verdi səni mənə.
Qəmli, nisgilli gözlərim
Ağlar verdi səni mənə.

Səni yazdım yamaclara -
Tam təşnələr, tam aclara ...
Daşlar döndü umaclara;
Yoxlar verdi səni mənə.

Bax nə aha, nə dağlara,
Tapdım bəhanə dağlara;
Qalxdım şahanə dağlara,
Dağlar verdi səni mənə.

Heyrətimsən qaya rəfdə,
Yazıldın çiçək hərfdən,
Yarandın sərtlə zərifdən;
"Oxx!.."lar verdi səni mənə!


YOL VER, KEÇİM GÖZƏLLİK

Ayaq atmağa qoymursan,
Qalıb yatmağa qoymursan,
O behiştlik qucağında
Batıb qalmağa qoymursan,
Yol ver, keçim, gözəllik

Gözlərin- qara zəncirin,
Hər gülüşün- yüz xəncərin.
Izin ver, gedim, dincəlim,
Yol ver, keçim, gözəllik.

Bu, nə inad, bu, nə cəngi?!
Od yağdırdın, bir az səngi.
Burax məni, “ərəbzəngi”-
Bu, ayağım, bu, üzəngi...
Yol ver, keçim,


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Milli Kitabxanada on beş min kitabın təqdimatı olacaq
18.10.2018
Argentinada TÜRKSOY-un yaradılmasının 25 illik yubileyi qeyd olunub
18.10.2018
“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub
18.10.2018
Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info