Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
Tarix: 19.09.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər



Qəri Counz
: “Azərbaycan iri beynəlxalq enerji mərkəzinə çevrilib”

Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilən 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksi istifadəyə verilib. SOCAR-dan bildirilib ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanılıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 dörd otaqlı, 199 üç otaqlı, 199 iki otaqlı və 27 bir otaqlı mənzil var. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətrafı abadlaşdırılıb. Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Prezident İlham Əliyev neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.” Daha sonra R.Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək burada mənzil alan neftçilərə order və açarları təqdim edib. Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir.

Neftçilərin peşə bayramı

Azərbaycan neftçiləri peşə bayramlarını qeyd edib. “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - Neftçilər Günü ərəfəsində SOCAR-ın baş ofisində “Azərbaycan nefti” ekspozisiyasının açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak edib. Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapıb. Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgiyə böyük maraq doğurur. 20 sentyabr - Neftçilər Gününə həsr olunan təntənəli mərasimdə əvvəlcə Neftçilər Gününə, SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş edilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibətilə təbrik edərək deyib: “Yüksəkixtisaslı, zəhmətkeş neftçilər bizim ən qiymətli xəzinəmizdir. Məhz fədakar neftçi əməyinin sayəsində SOCAR ilbəil böyüyür, genişlənir. Biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığımız investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda bizi yeni üfüqlər, böyük perspektivlər gözləyir”. Energetika naziri Pərviz Şahbazov bildirib: “Azərbaycanın neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini əks etdirən bu simvolik gün xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçilərimizin şərəfli əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz nefti ilə yeni status qazanaraq, uzaqgörənliklə gələcək enerji siyasətinin konturlarını müəyyənləşdirmiş oldu. Hələ 1996-cı ildə Heydər Əliyev görüşlərinin birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulub. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq. Çünki yeni imkanlar meydana çıxacaq. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkəmizin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olması ulu öndərin bu müdrik gözləntilərini doğrultdu və dövlətimizin nə qədər aydın yolda olduğunu göstərdi”. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Son 20 ildən artıq bir müddət ərzində Azərbaycanın inkişafı, burada yaradılmış dünya səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və qaz layihələri bu ölkəni iri bir beynəlxalq enerji mərkəzinə çevirib. Bu layihələrin əsas qəhrəmanları, əlbəttə ki, ölkənin çoxsaylı neftçiləridir. Neftçilər Gününü qeyd etməklə biz onların fədakar əməyinə və böyük nailiyyətlərinə dəyər veririk. Onlar hamımızın dərin hörmətinə və sevgisinə layiqdirlər. Onlar Azərbaycanın yeni nəsil neftçilərinə daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can atmalıdır”. Daha sonra 2017-ci ilin yekunlarına görə əsas peşələr üzrə “İlin ən yaxşısı” nominasiyası qaliblərinə mükafatlar təqdim edilib.

Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq

SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, “Ümid” qaz-kondensat yatağında inşa ediləcək ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq. O bildirib ki, yatağın tammiqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2012-ci ildə “Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. “Ümid” yatağı dövlət müstəqilliyi bərpa edildikdən sonra kəşf olunan ilk yataqdır. Strukturun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir. Hazırda “Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır. Quyunun cari ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Rövnəq Abdullayev deyib ki, “Qarabağ” yatağında ilk qiymətləndirici quyunun gələn ilin birinci yarısında qazılması nəzərdə tutulur: “Həmin quyu “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılacaq. Yataqdan hasilat 2021-ci ildə planlaşdırılır”. Qeyd edək ki, bu il mayın 30-da SOCAR ilə Norveçin “Equinor” qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalayıb. Milli Məclis iyunun 29-da sazişi ratifikasiya edib. İyulun 5-də isə Prezident İlham Əliyev sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi üçün Qanun imzalayıb. “Qarabağ” layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb. “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. SOCAR prezidenti bildirib ki, 2019-cu ilin ikinci yarısında Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusu qazılacaq. Sonrakı mərhələdə “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da kəşfiyyat işləri aparılacaq. Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından isə hasilat 2020-2021-ci illərdə planlaşdırılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.10.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 30 dəfə pozub
24.10.2018
Azərbaycanlı ağır atlet Avropa birinciliyinin gümüş medalına sahib olub
23.10.2018
Prezident İlham Əliyevin robot Sofiya ilə söhbəti
23.10.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info