Malayziyada 21 nəfər saxta viskidən zəhərlənərək ölüb
Tarix: 20.09.2018 | Saat: 09:17:00 | E-mail | Çapa göndər



Malayziyada son bir neçə gündə 21 nəfər saxta viskidən zəhərlənərək ölüb. AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, həmin viskinin tərkibində metil spirti aşkar edilib.
Sentyabrın 19-da günorta saatlarına olan məlumata görə, “Grand Royal Whisky” növlü içkidən 55 zəhərlənmə halı qeydə alınıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslərdən 21-i ölüb, 14 nəfərin vəziyyəti isə ağırdır.
Nəşrin bildirdiyinə görə, Səhiyyə Nazirliyinin məlumatı tam olmaya bilər. Belə ki, zəhərlənmə ilə bağlı yalnız dövlət xəstəxanaları nazirliyə məlumat verməlidirlər, şəxsi müəssislər isə yalnız xəstə öldüyü halda bu barədə nazirliyi məlumatlandırırlar.
Ölümcül zəhərlənmələr barədə ilkin məlumatlar daxil olan kimi, Malayziyada viski istehsalı ilə məşğul olan üç şirkət – “Grand Royal”, “Mandalay” və “King Fisher” şirkətləri şübhə altına düşüb. Amma ekspertiza metil spirtini yalnız “Grand Royal Whisky” etiketinin olduğu şüşələrdə aşkar edib. Bundan əlavə, etiketlərdə viskinin istehsalçısı və distribüterlər haqqında heç bir məlumat yoxdu.
Nəşrin yaydığı məlumatda bildirilir ki, yerli hakimiyyət orqanları zəhərlənmənin baş verdiyi yerlərdə 291 şüşə müxtəlif növ spirtli içki müsadirə edib. Hazırda müsadirə edilmiş içkilərin analizi davam edir, kütləvi zəhərlənmə ilə bağlı polis tərəfindən istintaqa başlanıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Silah-sursatla gəldi, gömrük postunda saxlanıldı
17.10.2018
Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb, pilotlar həlak olub
15.10.2018
Kaliforniyada yol qəzasında 40-a yaxın insan xəsarət alıb
14.10.2018
Nigeriyada neft emalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 24-ə çatıb
13.10.2018
Əfqanıstanda mitinq zamanı törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info