Daşkənddəki teatr yeni mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açıb
Tarix: 20.09.2018 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


Daşkənddəki Dövlət Satira Teatrı yeni mövsümü Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə açıb.
“Didor” teatr-studiyası ilə birgə hazırlanan tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşevdir.
Tamaşada əsas rolları Yusif Fayziev, Nərgiz Eltoeva, Lola Rəcəbova, Bekzad Şaymatov və başqaları ifa ediblər. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.
Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
1921-ci ildə bu əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsəri təqdim edib. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.
Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya qoymuşdu.
Qeyd edək ki, musiqili komediya dünyanın 76 ölkəsinin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub
18.10.2018
Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info