600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
Tarix: 20.09.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər


Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində baş tutan ekoloji aksiya ötən illərdən fərqli olaraq maksimum iştirakçı sayı, daha çox tərəfdaş və ən əsası tullantıların çeşidlənməsi ilə ötən ilki aksiyalardan fərqlənib.
Bu il sözügedən aksiyaya maksimum sayda iştirakçı cəlb olunub, belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış edirlər, aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Radio”, “Xəzər TV”, “AzEkol” MMC, “Green Baku”, AFFA, “Baku Expo 2025”, “Alliance Asisst Group”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.Bildirək ki, tədbirin informasiya dəstəyi Xəzər TV və ASAN Radio tərəfindən həyata keçirilib.
Uzun illərdir ki, dünyanın bir çox ölkəsi hər il 15 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir.

“Artıq doqquz il ardıcıl olaraq “Coca-Cola” və ölkənin bir sıra nüfuzlu şirkət və təşkilatları ekoloji aksiya keçirərək Xəzər dənizinin sahillərini tullantılardan təmizləyir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Aksiya çərçivəsində sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyə bildik. Yüzlərlə insanların könüllü olaraq sahilyanı əraziləri təmizləməsinin böyük maarifləndirici əhəmiyyəti var. Sözügedən tədbir artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.
“Bu il aksiya ilə bağlı daha geniş məlumatlandırma kampaniyası həyata keçirilib, daha çox iştirakçı cəlb olunub. Hər il daha çox insanın bu ekoloji aksiyaya qoşulduğunu görmək bizim üçün çox sevindirici haldır. Hər il bizə qoşulan yüzlərlə gəncimiz ətraf mühitin tullantılardan təmizlənməsinə nə qədər həssas yanaşırlarsa, dəniz sahillərini çirkləndirənlər də bu məsələyə o qədər həssas yanaşmalıdırlar. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. Bakcell şirkəti isə öz növbəsində qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır“, - deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
“Təbiətin цlkəmizə bəxє etdiyi Xəzər dənizinə xьsusi qayрэ ilə yanaєmaq, belə misilsiz xəzinəni bəєəriyyətin gələcəyi naminə qorumaq ьzərimizə dьєən baюlэca vəzifədir. Aksiya zamanэ kцnьllьlərin təlimatlandэrэlmasэ, tullantэlarэn зeюidlənməsi, tullatэlarэn yenidən emala və ya poliqona зatdэrэlmasэ юirkətimiz tərəfindən həyata keзirilmiєdir. Bu gьn bu aksiyada iєtirak edərək ekoloji rifah naminə birgə hərəkət etmək bizim ьзьn bцyьk məmnuniyyətdir”, - deyə “AzEkol” MMC-nin rəhbəri Ruslan Aрayev bildirib.
“AzEkol” MMC tərəfindən təqdim olunmuş məlumata əsasən toplanılmış tullantıların bölgüsü aşağıdaki kim olmuşdur: 1547 kq qida qalıqları və tikinti materialları, 1345 kq şüşə, 275 kq plastmas, 82 kq karton və kağızı, 33 kq allüminium tənəkələri və 1500kq digər tullantılar yer alıb.
“Цtən il ”ASAN kцnьllьləri” tərəfindən irəli sьrьlmью “Yaюэl ASAN” təєəbbьsь зərзivəsində təєkil olunan Mərdəkan sahilyanэ təmizlik aksiyasэnda ilk olaraq 400 nəfər “ASAN kцnьllьsь” iєtirak edib. Lakin artэq bu il ekoloji aksiyada 500-dən зox kцnьllьmьzlə Xəzər rayonunda sahilyanэ ərazini məiєət tullantэlardan təmizlənməsində iєtirak edib. Dьєьnьrəm ki, aksiyada iєtirak etmiє yьzlərlə gənc bu təєəbbьslə həm də sosial məsuliyyətlərini dərk etmiє oldular. Gələcəkdə də bu cьr təєəbbьsləri dəstəkləməyə hazэrdэrlar”, - deyə ASAN Xidmət agentliyinin Kцnьllьlərlə iє sektorunun mьdiri Sahil Məmmədli bildirib.
“Xəzəri Qoruyaq!” şüarı altında Bilgəh çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 5 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info