Heydər Əliyev Fondu və BP əməkdaşlıq memorandumu imzalayıb
Tarix: 20.09.2018 | Saat: 12:28:00 | E-mail | Çapa göndər


Qəri Counz: “Fondun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir”

Sentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.
Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, - deyə Anar Ələkbərov qeyd edib.
BP şirkəti Azərbaycanda işləməsindən qürur duyur
Çoxdan bəri Heydər Əliyev Mərkəzinə gəlmək arzusunda olduğunu vurğulayan Qəri Counz deyib: “Belə bir gündə - Azərbaycan Neftçiləri Günündə və bizim Azərbaycanla ilk müqaviləmiz olan “Əsrin müqaviləsinin” 24-cü ildönümü günündə əməkdaşlıq memorandumunun imzalanmasından çox məmnunuq. BP Azərbaycanda işləməsindən qürur duyur. İlk müqaviləmiz imzalandığı vaxtdan etibarən BP şirkəti Azərbaycanın cəsur neftçiləri ilə çiyin-çiyinə bu ölkənin neft sənayesində çalışır”.
Qəri Counz qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü planların uğurla həyata keçməsinin şahidi olub. Belə ki, bu strateji planlar ölkənin mənafeyi və gələcəyi naminə məharətlə həyata keçirilir. Bu cür uğurlu planların əsasında təhsilin, mədəniyyətin inkişafı və insanların qayğısına qalmaq kimi amillərin dayandığını qeyd edən Qəri Couns bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Qəri Counz: Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “BP şirkəti Azərbaycanın parlaq dayanıqlı gələcəyinin qurulmasına yardım etmək səylərimizə qoşulmaq imkanı verən bu memorandumun imzalanmasını yüksək qiymətləndirir. Hesab edirik ki, Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir. Fondun mədəniyyət, təhsil, sosial və ətraf mühit sahələrində gördüyü işlər həm ölkədə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycandakı fəaliyyətimizin ötən 26 ili ərzində biz də təhsilin inkişafı, icmalarda bacarıqların yaradılması, yerli kiçik və orta sahibkarlığın gücləndirilməsi, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək vermək üçün əlimizdən gələn səyləri əsirgəməmişik. Ümid edirik ki, imzalanan memorandum uzunmüddətli etibarlı tərəfdaş olaraq bu möhtəşəm ölkə üçün birlikdə daha çox töhfə verməyimizə imkan yaradacaq”.
Memorandumun hədəfləri – Azərbaycanda təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə birgə layihələrin icrası

Qeyd edək ki, əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.
Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Prezident İlham Əliyev İnstagram-da ən populyar post-sovet məkanı liderləri arasında
10.12.2018
Elmi dərəcə və adların verilməsi qaydaları təkmilləşdirilir
10.12.2018
Azərbaycan və Türkiyə iş adamlarının biznes forumu keçiriləcək
10.12.2018
Ermənistan atəşkəs rejimini 27 dəfə pozub
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info