“28 May” metro stansiyasının əsas çıxışı bağlanıb
Tarix: 02.07.2013 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


İyulun 1-dən etibarən Bakı Metropoliteninin “28 May” stansiyasının əsas çıxışı yenidənqurma işləri ilə əlaqədar bağlanıb.
Bakı Metropolitenindən bildiriblər ki, Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədi ilə “28 May” stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində əsas çıxışın bağlanması zərurətə çevrilib. Stansiyanın “Cəfər Cabbarlı” meydanı istiqamətində olan əsas çıxışı iyulun 1-dən etibarən yenidənqurma işləri başa çatdırılana qədər bağlı olacaq. “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, hazırlanmış tədbirlər planına əsasən, stansiyanın bu hissəsində yeni giriş-çıxış konstruksiyası inşa olunacaq. Bu günədək metropoliten rəhbərliyi sərnişinlərin əsas çıxışdan istifadə etmələri üçün müxtəlif tədbirlər görüb. Sərnişinlərin tam təhlükəsizliyi, həmçinin yay aylarında sərnişin axınının nisbətən azalması nəzərə alınaraq, metropoliten rəhbərliyi iyulun 1-dən stansiyanın bağlanması ilə bağlı qərar qəbul edib. 1967-ci ildə istifadəyə verilmiş stansiyada bu işlərlə yanaşı, istismar müddətini başa vurmuş və yararsız hala gəlmiş avadanlıqlar da yenilənəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info