DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı
Tarix: 20.09.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb.
Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyi götürüb.
1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.
Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə edib, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarsı çıxmaqdan belə çəkinməyiblər. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin "qəhrəman" obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Dasnaksütyun” partiyasının, habelə İkinci Dünya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.

Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xususi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların genis ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib:

1) DTX arxiv: арх. дело № 65,т.1. (21-22 ,78-83,84-86)
2) DTX arxiv: арх.дело № 65, т.9, с.6-35
3) DTX arxiv: арх.дело № 65, т.12. (2-6,7-11,12-17,20-26,27-28,29-30,39-41
4) DTX arxiv: арх.дело №65, т.5, (с.395)
5) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55) - 1-ci hissə
6) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55)- 2-ci hissə
7) DTX arxiv: ПС-75 (41,47, 48,69-78,99)
8) DTX arxiv: ПС-20795, т. 21, (224-235)
9) DTX arxiv: ПФ № 853 (91-94)
10) DTX arxiv: ПФ 787 (67-70, 83-95)
11) DTX arxiv: ПФ-787 (1-34,,58-63,73-82,92-96)
12) DTX arxiv: ПФ-787-4,(6,7,13,17,18,19,21,25)
13) DTX arxiv: ПФ-787-4(20-22)
14) DTX arxiv: ПФ-861 (7-11)
15) DTX arxiv: список №1, с.3, список№2, с.3




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info