Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
Tarix: 20.09.2018 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub. Səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulub. On beş ailənin hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib. Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram melit sortundan olan xiyar məhsulu Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Alınmış məhsulların “Araz” supermarketlər şəbəkəsi vasitəsilə satışı həyata keçirilib.
Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumun imzalanması barədə razılıq əldə olunub.





 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
18.10.2018
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18.10.2018
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
18.10.2018
İlin sonunadək İmişli və Şəkidə “ABAD”ın regional mərkəzləri açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info