Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
Tarix: 20.09.2018 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub. İkitərəfli görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Bu platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb. Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub. Eyni zamanda, Çin Xalq Respublikasından sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub. Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb. Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir. Sonda qonaqlar “Şəbəkə” xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22.07.2019
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info