Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
Tarix: 20.09.2018 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirərək bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığını xatırladan Novruz Məmmədov deyib: “Bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir”. Azərbaycan-Bolqarıstan iqtisadi-ticari əməkdaşlığından danışan Baş nazir Novruz Məmmədov cari ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Baş nazir bu ilin noyabrında Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Sofiyada keçiriləcək növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.
Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva Novruz Məmmədovu Baş nazir vəzifəsinə təyin olunması və Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbrik edib, dəvətə görə minnətdarlığını bildirib.
Tsveta Karayançeva deyib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında ölkə parlamentlərinin qarşılıqlı fəaliyyəti mühüm rola malikdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edən Tsveta Karayançeva Bolqarıstanın da bu layihəyə böyük maraq göstərdiyini vurğulayıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi məsələlərinə dair fikir mübadiləsi aparılıb. Görüşdə kənd təsərrüfatı, yeyinti sənayesi, sərmayə qoyuluşu, birgə infrastruktur layihələrinin icrası, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Heydər Əliyev milli əfsanəyə çevrilən liderdir
12.12.2018
Putin Heydər Əliyevə sovet dövrünün sonunda modernləşmənin lideri kimi dərin və səmimi hörmət bəsləyirdi
12.12.2018
Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
12.12.2018
2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək
12.12.2018
Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info