Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
Tarix: 20.09.2018 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Müəllif Rusiyanın onlara qul kimi münasibət bəslədiyini və Ermənistanı Rusiyanın susqun satellitinə çevirdiyini etiraf edir

“ArmenianReport” saytında Tevos Arşakyan adlı müəllif yazır ki, Ermənistanda Rusiyanın yardım etdiyi və Robert Koşaryanın bayrağı altına sığınan daxili əks-inqilab Paşinyan hökumətinə güclü, həm də ağrılı zərbələr vurmaqda davam edir :”Paşinyan isə opponentləri ilə qarmaqarışıq haqq-hesab çəkməklə və boş-boş danışmaqla məşğuldur. Baş nazirin vəd etdiyi islahatlar nə qədər çox yerində saysa, o, bir o qədər də zəifləyir və müvafiq olaraq əsas düşməni Koçaryan daha da təkəbbürlü olur”.
Saytın yazdığına görə köhnə qvardiya öz vəsaitini, mövqeyini saxlamaq üçün hər cür addıma əl atacaq.: ”Artıq Ermənistanda köhnələrlə yenilər arasında ölüm-dirim savaşı başlayıb”.
Maraqlı cəhətlərdən biri də odur ki, müəllif Rusiyanın onlara qul kimi münasibət bəslədiyini və Ermənistanı Rusiyanın susqun satellitinə çevirdiyini də etiraf edir.
Qeyd edək ki, məhz işğalçı siyasətin nəticəsi olaraq Ermənistanın belə miskin vəziyyətə düşməsi haqda Azərbaycan tərəfi dəfələrlə yüksək tribunalardan deyib. Xatırladaq ki, hələ neçə illər bundan əvvəl Prezident İlham Əliyev Ermənistanı “forpost” adlandırmışdı.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Makronun siyasəti cəmiyyətdə həddindən artıq qıcıq yaradır”
10.12.2018
Ermənistanda seçicilərin yarıdan çoxu seçkidə iştirak etmədi
10.12.2018
Gürcüstandakı Ahıska türkləri ilə görüş olub
10.12.2018
Norveçdə Radio İnter FM-in 30 illiyi qeyd edilib
10.12.2018
Paşinyanın heykəlini dağıtdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info