Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
Tarix: 20.09.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil edilən könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiya zamanı 118 nəfər könüllü olaraq qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.

X X X
Aşura günü ilə əlaqədar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası keçirilib. Rayon sakinlərinin, dindarların iştirak etdiyi aksiyada 32 nəfər qan verib.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Qabriel Qamba: Bakıya səfərim mənim üçün uğurlu oldu
24.07.2019
Venesuelada elektrik enerjisinin kəsilməsi həyatı ifliç etdi
24.07.2019
Türkiyənin ilk elektron mühərrikli zirehli maşını
24.07.2019
Rusiyada uşaqların qaldığı düşərgədə yanğın
23.07.2019
Polşalı gimnast: Bakını çox bəyənirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info