ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
Tarix: 20.09.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Ötən həftə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən I Beynəlxalq gənc tarixçi-arxivçilərin Forumunda ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva da iştirak edib. S.Musayevanın “Palitra”ya verdiyi məlumata görə, Forum Rusiya Arxivist Tarixçiləri Cəmiyyəti, Rusiya Tarix Cəmiyyəti, Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Federasiyasının Dövlət Arxivi, Rusiya Dövlət Film və Foto Sənədləri Arxivinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. I Beynəlxalq gənc tarixçi-arxivçilərin Forumunda Rusiya və Azərbaycanla yanaşı, MDB ölkələrinin tarixçi-arxivistləri də iştirak ediblər. Forum çərçivəsində Rusiya Dövlət Humanitar Universitetinin tarixi barədə ətraflı məlumat verilib, Rusiya Federasiyasının ilk çap mərkəzi ilə tanışlıq olub, master-klasslar keçirilib, mühazirələr dinlənilib: ”Arxiv fondlarına ekskursiyalar təşkil olundu, arxiv materiallarının bərpası işi ətraflı izah edildi və nadir arxiv sənədləri (Rusiya Federasiyasının ilk Konstitusiyası, II Nikolayın ailə şəkilləri) təqdim olundu”. Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva “Azərbaycanda Milli Arxiv İdarəsinin təşkili və fəaliyyəti” mövzusunda məruzə edib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Forumun iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur”
18.10.2018
Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş
18.10.2018
Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir
18.10.2018
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
18.10.2018
Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info