Cəfər Cəfərov: “Gənclərin müəllimlik peşəsini seçməsi bu sahəyə marağın göstəricisidir”
Tarix: 20.09.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, bu il Filologiya fakültəsinə 127 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 105 nəfər “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına, 22 nəfər isə “Xarici dil müəllimliyi-ingilis dili” ixtisasına qəbul olunublar. Qeyd edək ki, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanlardan 2 nəfəri 600-dən yüksək bal toplayıb.
Rektor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyev insan kapitalının inkişafına böyük önəm verir. Ölkənin gələcəyi məktəbdən, təhsildən asılıdır. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb, bu peşənin cəmiyyətdə ictimai nüfuzu yüksəlib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda keyfiyyətli təhsil vermək üçün yüksək bilik və bacarıqlara malik pedaqoji kadrların olması mühüm yer tutur. Təhsil naziri Ceyhun Bayramov çıxışlarında müntəzəm olaraq müəllim peşəsinə marağın artmasını xüsusi vurğulayıb. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. ADPU-nun zəngin tarixi, şanlı elm və təhsil ənənələri var. 100 illik yubileyinə yaxınlaşan ADPU ölkəmiz üçün böyük xidmətlər göstərib. Fəaliyyəti dövründə 150 mindən çox pedaqoji kadr hazırlayıb. AMEA-nın 10 prezidentinin 3-ü ADPU-nun məzunlarıdır.
Builki tədris ilində filiallarla birlikdə 566 nəfər gəncin yüksək bal toplayaraq ali təhsil almaq üçün ADPU-nu seçməsi bizi çox sevindirir. 670 bal toplayan 1 nəfər gənc ADPU-nun Quba Filialına qəbul olunub. Çoxlu sayda gəncin müəllimlik peşəsini seçməsi təkcə kəmiyyət göstəricisi kimi səciyyələndirlə bilməz. Bu, həm də gənclərin şüurlu şəkildə müəllim peşəsinə marağının artmasının vacib göstəricisidir. Siz yeniliyə, müasir çağırışlara açıq olmalı, xarici dilləri dərindən öyrənməli, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmalısınız. Rektor çıxışının sonunda tələbələrə yaxşı təhsil almağı, ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişməyi tövsiyə edərək onlara bu yolda uğurlar arzulayıb.
Görüşdə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov tələbələrə həyatda və təhsildə daha böyük uğurlar arzulayıblar.
Tələbələr çıxış edərək ADPU-ya qəbul olunmalarından məmnunluq duyduqlarını bildirərək yaxşı müəllim və fəal vətəndaş kimi yetişəcəklərini vurğulayıblar.
Görüşdə Filologiya fakültəsinə 610 balla qəbul olunan Nərmin Hüseynovaya, 606 balla qəbul olunan Nübar İbrahimovaya, 594 balla qəbul olunan Günel Süleymanovaya hədiyyələr təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək
18.10.2018
“Heydər Əliyev və Azərbaycan tarixi” V respublika bilik yarışı keçirilib
18.10.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Müstəqillik Günü qeyd edilib
18.10.2018
Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
18.10.2018
BANM-ın rektoru və tələbələri təltif olundular

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info