Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
Tarix: 20.09.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlar Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də aksiyaya qoşulublar. Qanvermə aksiyasından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib: “Aşura günü İmam Hüseynin (ə) şəhid olduğu və ədalətin bərpa edildiyi gündür. Kərbəla çölündə imam Hüseyn (ə) şəhid olarkən “mənim ölümümdə bir həyat var” deyib. Biz artıq neçə illərdir ki, şəhidlərimizi yad edir və eyni zamanda, qan verməklə həyat veririk. Biz Kərbəla şəhidləri ilə birlikdə həm də torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızı yad edirik. Bu gün qan verməklə həm də kimlərəsə can veririk. Aşura günündə baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq olmaz. Buna heç İmam Hüseyn özü də razı olmazdı”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibəsində bildirib ki, son illər yaranmış ənənəyə görə ölkə vətəndaşları Aşura günü qanvermə aksiyasında iştirak edirlər. Bu il də həmin ənənəyə uğun olaraq çoxsaylı vətəndaşlar könüllü olaraq həmin aksiyada iştirak edirlər. Aksiyanın çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti var. Artıq bu ənənədən bir çox qonşu ölkələrdə, o cümlədən İran və Türkiyədə də nümunə kimi istifadə edilir. Bu, ümumən bütün dünya, eləcə də İslam dünyası üçün çox yaxşı bir nümunədir.
Aksiyanın digər iştirakçıları qanvermənin əhəmiyyətindən danışıb, bunu xüsusilə də sağlamlıq problemləri olanlar üçün faydalı bir təşəbbüs kimi qiymətləndiriblər.
Dünən həmçinin Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib və 5 mindən çox insan qan verib.
Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçərişəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzəpir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunub.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günündə Ağsuda keçirdiyi qanvermə aksiyasında da insanlar aktiv iştirak ediblər.
Rayon mərkəzi xəstəxanasından bildirilib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının hərtərəfli müayinəsindən sonra 154 könüllüdən qan götürülüb. Qana ehtiyacı olan xəstələr üçün 70 litrədək qan yığılıb.
Aşura günü ilə əlaqədar Şirvan şəhərində də qanvermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankının Şirvan bölməsində keçirilən könüllü aksiyada günün birinci yarısında 200 şəhər sakinindən qan tədarük olunub. Aksiya axşam saatlarınadək davam edəcək.
Qanvermədə iştirak edən şəhər sakinləri aksiyada iştirak etməklə, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, qan xəstəliklərindən əziyyət çəkənlər və kritik anlarda ehtiyacı olanlar üçün istifadə olunacaq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info