Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
Tarix: 20.09.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“Dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər inkişaf edir. İqtisadi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılır, yeni layihələr həyata keçirilir, əməkdaşlığa dair müqavilələr imzalanır. İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün səylər xeyli artırılıb. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Çində səfərdə olub. İqtisadi sahədə əlaqələr digər sahələrdəki münasibətlər üçün mühüm əsas yaradır. Çin dünyanın ən güclü iqtisadiyyatıdır. Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir. Biz dost ölkə kimi daha çox Çin kapitalının Azərbaycana yatırılmasını arzu edirik”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan Abşeron Logistika Mərkəzində “Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının Bakıya çatması münasibəti ilə keçirilən tədbir çərçivəsində deyib. Van Çunqan bildirib ki, Sian - qədim İpək yolunun başlanğıc nöqtəsidir. Qədim İpək Yolu “Bir kəmər, bir yol” siyasətinin dəstəklənməsi məqsədilə Çin-Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi və inkişafı üçün Sian şəhərindən Bakıya xüsusi olaraq yük qatarı reysi ilk dəfə olaraq reallaşıb. “Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri Çin Dəmir Yolları, Abşeron Logistika Mərkəzi, “Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC ilə Çinin “Ciuduo” beynəlxalq logistika şirkəti ilə birgə həyata keçirilib. “39 ədəd 40 TEU və 2 ədəd 20 TEU ölçülü konteynerdən ibarət olan yük qatarı avqustun 25-də Çinin Sian şəhərindən yola salınıb. Yük qatarı Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Bu Siandan Bakıya yola salınan ilk yük qatarı olmasına baxmayaraq bir çox çətinlikləri aşaraq, uzun bir məsafəni uğurla qət edərək Bakıya çatıb. İnanırıq ki, hər iki tərəfin əməyi sayəsində bu xətt daimi olacaq və gələcəkdə yükdaşımalar daha da rahatlaşacaq, iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığının inkişafına öz töhfəsini verəcək” - deyə Van Çunqan bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Aqrar sektorun inkişafında yeni mərhələ: ilin sonunadək daha 102 min hektar torpaq əkinçiyə təhvil veriləcək
23.10.2018
Qobustanda yol tikintisinə 6,4 milyon manat ayrılıb
23.10.2018
Doqquz ayda Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 80 faiz artıb
23.10.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib
23.10.2018
11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info