BANM-in “Foundation” tələbələrindən maraqlı faktlar
Tarix: 20.09.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Bu il I qrupun dörd ixtisası üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “BANM-in tələbəsi” adını qazanmağa müvəffəq oldu. Ali məktəbə qəbul olan tələbələr arasında 10 nəfər orta məktəbi qızıl medalla bitirib. 121 nəfər isə öz orta məktəbindən fərqlənmə ilə məzun olub. Bu ötən illə müqayisədə 5 dəfə, ali məktəbə ilk qəbul ili ilə müqayisədə isə 20 dəfə çoxdur. Bu statistika BANM-ə daxil olan tələbələrin bilik göstəricilərinin ilbəil artımından xəbər verir. Ali məktəbi intellektual səviyyəsi yüksək olan abituriyentlərin seçməsi, çox güman ki, BANM-ə qəbul üçün keçid ballarının yüksək olmasına birbaşa təsir etmiş olur. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə orta bal 695 (ödənişli – 664), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal 691 (ödənişli – 664), “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 677 (ödənişli – 654), “Kimya mühəndisliyi” ixtisası üzrə orta bal isə 673 (ödənişli – 659) olub.

Nigar






 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək
16.10.2018
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək
16.10.2018
İngilis dili fənni üzrə seminar canlı yayımlanacaq
16.10.2018
BANM-də Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
16.10.2018
“CanSat Azərbaycan 2018“ müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10259

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info